Xəbər lenti
Günəş tutulması başladı

Bu gün 2020-ci ilin ilk Günəş tutulması başlayıb.
Manevr.az oxu.az-ın məlumatına görə bildirir ki, sözügedən təbiət hadisəsi həlqəvari Günəş tutulmasıdır.
Tutulma saat 07:46-da başlayıb və saat 13:34-də sona çatacaq.
Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beş saat 48 dəqiqə davam edəcək.
Azərbaycan ərazisində isə Günəş tutulması saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və proses 2 saat 18 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, Cənub-şərqi Avropa və Asiyada müşahidə edilir. Həlqəvari fazanı isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.
Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında Günəş ətrafında xarakterik yanar həlqə görəcəklər.
İlin ikinci analoji hadisəsi isə 14 dekabrda baş verəcək. Bu, tam Günəş tutulması olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar