Xəbər lenti
“Bəhramın xəstəliyi ilə reytinq yığmaq istəyirlər...” - Tahir İmanov
Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90 faizdən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. Lakin tanınmış aktyorla bağlı həqiqətə uyğun olmayan məlumatlar da yayılır.
Manevr.az xəbər verir ki, “sherg.az” bu amili nəzərə alaraq, Bəhram Bağırzadənin ən yaxın dostlarından biri, KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovla əlaqə saxlayıb. Aktyor qeyd edib ki, rəsmi məlumatdan başqa bir söz deyə bilməz:
“Mərkəzi Gömrük Hospitalının rəsmi məlumatından başqa heç nə deyə bilməyəcəm. Məndə də eyni məlumatdır və ancaq ona inanıram. Vəziyyəti ağır-stabildir, Rəşad doktor necə deyibsə eyni sözü təsdiqləyirəm. Rəşad həkimə inanıb sizə deyirəm. Başqa heç nə əlavə edə bilmərəm”.
Tahir müəllim fürsətdən istifadə edib, yalan xəbərlər yayanlara da irad bildirdi:
“Əşşi, danışsınlar! Bəhramın xəstəliyi ilə hər kəs özünə reytinq yığmaq, populyarlıq qazanmaq istəyir. Özləri bilər, nə isə...”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar