Xəbər lenti
İcra başçısı öz həyat yoldaşına ferma açmaq üçün rəsmi icazə imzalayıb
Dövlət Təhlükəsizlik Xidmətinin bölgələrdəki reydləri bir sıra icra başçılarının korrupsiya faktlarını, yeyintiyə yol verdiyini, özünə sərvət topladığını üzə çıxardı. Amma hələ də ifşa olunmayan, qanunla cəzalandırılmayan rayon rəhbərləri var.
Manevr.az xəbər verir ki, Samuxun icra başçısı Alı Qocayevin Dövlət Torpaq Fonduna aid 200 hektar ərazini zəbt etməsi çoxdan məlumdur. Hələ 5-6 il əvvəl Poylu kəndinin sakinləri buna görə narazılığını bildirmişdi. Çünki bu halda kənd sakinlərinin mal-qarası otlaqsız qalmışdı. Poylu camaatı heyvanlarını məhz həmin ərazidə otarırdı. Orada özünə ferma tikdirən icra başçısı ərazidə mal-qara otaran kənd sakinlərinin cərimələnməsinə də nail olurdu. Alı Qocayevin hələ o vaxt 500 iribuynuzlu inək saxlanılan təsərrüfat yaratdığı bildirilirdi.
Bu günlərdə icra başçısın daha bir təsərrüfatı ortaya çıxıb. Araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb ki, Samuxun Ziyadlı kəndindəki ferma Alı Qocayevin həyat yoldaşı Bənövşə Cəfərovanın adına rəsmiləşdirilib.
B.Cəfərova Binəqədi rayonundakı 217 saylı məktəbin direktorudur. Onun həm də 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairə Komissiyasının üzvü olduğu bildirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən çıxarışda qeyd olunub ki, B.Cəfərova 2017-ci ildə kənddə 3.06 hektar ərazidə 372.64 kvadratmetr sahəsi olan tövlə tikdirib. Layihəçinin adı kimi “Gəncəmemarlayihə” yazılıb. Samux Rayon İcra Hakimiyyəti heç bir problemsiz tikintiyə icazə verib.
70 yaşlı Bənövşə Cəfərova 2007-ci ildən Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin direktorudur./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar