Xəbər lenti
Maşallah Əhmədov DTX-yə çağırılıb?
“Hələ Dövlət Təhlükəsizliyi Xidmətinə getməmişəm. Ərizəmi vermişəm. Gözləyirəm ki, çağırsınlar”.
Manevr.az xəgər verir ki, bunu oxu.az-a veteran futbolçu Maşallah Əhmədov deyib.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həmin şəhərdə gördüyü abadlıq işlərinə görə M.Əhmədova 400 min manat borcu qalıb.
M.Əhmədov ötən ay verdiyi açıqlamasında həbs olunmuş sabiq məmurla bağlı DTX-də ifadə verəcəyini bildirmişdi. Amma o, hələlik sözügedən quruma getməyib. Veteran futbolçu bunu belə əsaslandırıb:
“Mən işlə bağlı sənədlərin orijinal nüsxələrini axtarırdım deyə, çağırılmağım yubandı. Artıq bütün sənədləri toplamışam. Ərizəmi də yazmışam. Müqayis Verdiyevdən sonra məni çağırmalıdırlar. Məndən sonra da Vilyam Hacıyevin abadlıq işləri zamanı borclu olduğu digər sahibkarlar DTX-yə dəvət olunacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar