Xəbər lenti
Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü
Bu gün 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edib.
Manevr.az bildirir ki, yaxınlarının apa-ya verdiyi məlumata görə, Ağcabədi şəhərindən olan F. Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb.
O, bir həftə əvvəl özündə nasazlıq hiss edib. Mərhum qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib.
Lakin buna baxmayaraq, F. Əliyev həkimə müraciət etməyib, o, ev şəraitində özü müalicə olunmağa cəhd edib. Dünən axşam saatlarında vəziyyəti kəskin pisləşdiyi üçün ailə üzvləri təcili tibbi yardım çağırıblar.
Təcili yardım gəlsə də, F. Əliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, F. Əliyev hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb.
O, bu gün doğulduğu Ağcabədi rayonunda dəfn olunub. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsinin nümayəndəsi Vüsal Mehdiyev deyib ki, F. Əliyevin dəfn mərasiminin kütləvi keçirilməsinə icazə verilməyib: "Fərid Əliyevin cənazəsi ata ocağına aparılmadan qəbiristanlıqda dəfn olundu. Karantin qaydalarına uyğun olaraq, kütləvi yas mərasimlərinin keçirilməsinə də icazə verilmir".
Qeyd edək ki, F. Əliyevin iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar