Xəbər lenti
Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində -ŞƏKİLLƏR
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük! / We Are Stronger Together!” adlı tədbir keçirilib.
Tədbirdə, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zachary Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları Karolina və Josip Zebic iştirak edib. Bundan başqa, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı Regina Lavkimi Bavitlung, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə online formada qoşulub.
Tədbir çərçivəsində Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub. Müəllif əsəri müxtəlif milli mənsubiyyəti olan Bakı məktəblilərinin COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb. Rəssam karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual canlı bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər aparıb. Söhbətlərdə məcburi köçkün ailələrdən olan yeniyetmələr də iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin əsasən məcburi köçkünlərdən ibarət müəllimləri və şagirdləri tərəfindən hazırlanmış “Xarı bülbül” tamaşasının da nümayişi olub. Bundan başqa, İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.
Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
“Qobu Park-3” yaşayış kompleksi 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Kompleksdə fəaliyyətə başlayan “Xarı bülbül” Təlim və İstehsalat Birliyi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə yaradılıb. Burada xalça, kəlağayı və zərgərlik məmulatları istehsal edilir. Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin işə cəlb edildiyi müəssisəsinin nəzdində, həmçinin uşaqlar üçün xalça və rəsm dərnəkləri, xarici dil kursları təşkil ediləcək
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar