Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Əminəm ki, hər kəsin bir yaxını koronavirusa yoluxacaq…”" — TƏBİB sədri

Tarix: 07-06-2020 21:36     Baxış: 4629 A- / A+
"Əminəm ki, hər kəsin bir yaxını koronavirusa yoluxacaq…”" — TƏBİB sədri


Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ də, virusa inanmayanlar var:

"Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq".

R. Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır. Belə ki, əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalma başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun, sanki utasiyası da artır. Artıq, nəyin ki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır.

TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir:

"Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu qripə soyuq dəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir.

TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar