Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu

Tarix: 07-06-2020 16:48     Baxış: 4203 A- / A+
Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu


"İki günlük sərt karantin dövründə yük daşımalarına icazə verilməsinə baxmayaraq kənd təsərrüfatı istehsalçılarının məhsulları yüklənmiş TIRlar Bakı şəhərindən buraxılmır".

Bunu iqtisadçı alim Qubad İbadoğlu yazıb.

Ekspert bildirib ki, bu qərar yük maşınlarındakı məhsulun xarab olmasına səbəb ola bilər:


"Rusiyaya daşınmalı olan malların yalnız 1-ci gün səhər saat 6-dan sonra şəhərdən buraxılacağı gözlənilir. Hazırda yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Göründüyü kimi yüklənmiş malların xarab olma riski də yüksəkdir. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da əlavə xərclərə gətirib çıxarıraq iş adamlarına maddi ziyan vurur. Bütün bunlar ixracatçılar arasında ciddi narazılıq yaradıb".

Qubad İbadoğlunun fikrincə, bu gömrük-keçid məntəqələrində sıxlığa səbəb olacaq:


"Əlavə olaraq 1-ci gün səhərdən başlayaraq eyni vaxtıda sərhəddə istiqamət götürən TIRların gömrük-keçid məntəqələrində növbələrlə üzləşəcək. Belə ki, son bir həftə ərzində gün ərzində sərhəddən cəmi 20-25 maşının keçidinə icazə verilir. Bu isə malların vaxtında satıcılara çatdırılmasını çətinləşdirir.

Rəsmi statistik məlumatlara görə, 2020-ci ilin yanvar-mart ayları ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 4,8 faiz azalıb. Bunun başlıca səbəblərindən biri Rusiyada iri bazarların pandemiya ilə əlaqədar olaraq uzun müddət bağlı qalması olsa da hazırda da yük daşınmalarında yaradılan süni çətinlik onsuz da zəif olan qeyri neft-ixracatını daha da azaldacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar