Xəbər lenti
“O döydüyünüz şəxslər sizinlə eyni millətin övladları deyilmi?”
“Bu gün sosial şəbəkələrdə karantin rejimini pozan vətəndaşlarımızla polis əməkdaşlarının davranışını əks etdirən bir neçə videomateriallara rast gəldim”.
Manevr.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, bütün davranışlar qanunazidd və aşırı güc tətbiq etməyə söykənirdi:
“Nədən öz insanımızla bu cür rəftar olunmalı, nədən insanları döyməlisiniz? O döydüyünüz şəxslər sizinlə eyni millətin övladları deyilmi? Heçmi xeyirdə, şərdə o insanlarla üz-üzə gələcəyinizi düşünmürsünüz? Bu zorakılıq nədən irəli gəlir? İnsan da vəzifəsinə ya fiziki imkanlarına güvənib başqasını döyərmi? Düşüncəniz yetmirsə, qanundan qorxun. Səlahiyyətli şəxslər, iqtidar yetkililəri bunları görmürmü? Dayanın, toxtayın... Hələ heç bir ölkədə xalqı ilə belə davranışların sonu kimsəyə xeyir gətirməyib”.
İ. Ağazadə həmçinin vətəndaşları da karantin rejiminin tələblərinə riayət etməyə çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar