Xəbər lenti
“Sumqayıt kimi şəhərdə bir Şəhidlər Xiyabanına nəzarət edə bilmirlər...” -ŞƏKİLLƏR
Sumqayət şəhərində yerləşən Şəhidlər Xiyabanında 2016-cı il Şanlı aprel döyüşləri zamanı şəhid olan əsgər Əbdülməcid Axundovun və Rəşid Baxşəliyevin məzarı başında olan bayraqlar sökülərək yerə atılıb, bayrağın dəmir dirəkləri isə oğurlanıb.
Bu haqda şəhid Ə.Axundovun anası Ceyran Axundova məlumat verib. Şəhid anası hüquq-mühafizə orqanlarının və Sumqayıt şəhər rəhbərliyinin hadisəylə bağlı tədbir görməsinin vacibliyini vurğulayıb:
“Səhər saatlarında Şəhidlər Xiyabanına gedib baş verən hadisənin şahidi oldum. Bununla bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurdum. Bir neçə saat sonra yerinə polis əməkdaşları və icra hakimiyyətinin nümayəndələri gəldilər. Ötən il də xiyabanda bu cür əməl törədilmişdi. Bu boyda hadisə baş verib, amma heç kim buna reaksiya vermir. Gəldim gördüm ki, bayrağın dirəyini çıxarıb aparıblar, bayrağı isə yerə atıblar. Məzarın ətrafındakı daşları da qopardıblar. Bura kamera quraşdırmaq lazımdır. Xalqın Şəhidlər Xiyabanını niyə qorumurlar? Sumqayıtda bulvarda gül oğruları peyda olmuşdu və bunun qarşısını almaq üçün əraziyə kamera quraşdırdılar. Bir müddət sonra həmin oğruları da tapdılar. Amma bu boyda xiyabanda kamera quraşdırmaq üçün vəsaitin olmamasından şikayətlənirlər.
Düşünürəm ki, bu qəsdən edilib. Bunun qarşısını almaq üçün əraziyə kamera quraşdırmaq lazımdır. Biz hər dəfə bununla bağlı polisə müraciət edirik. Məsələ belə həll olunmur. Sumqayıt kimi şəhərdə bir dənə Şəhidlər Xiyabanına nəzarət edə bilmirlər”. siam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar