Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama

Tarix: 05-06-2020 22:02     Baxış: 4186 A- / A+
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama

Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?

Manevr.az xəbər verir ki, bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir: "Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar.

Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram"./sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar