Xəbər lenti
18 yaşdan kiçik şəxslərə küçəyə çıxmaq qadağası olacaqmı? - RƏSMİ
“18 və 20 yaş altında şəxslərə küçəyə çıxmaqla bağlı qadağa qoyulmayacaq”.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, xarici ölkələrdəki praktikanı tətbiq etmək fikirləri yoxdur: “Bizim bu istiqamətdə ekspertləlrə söhbətimiz olub və bütün təcrübə onu göstərir ki, kiçik yaşlı uşaqlar xəstəliyi daha simptomatik keçirirlər və onlar daşıyıcı olaraq xəstəliyi daha çox daşıya bilirlər. Bizim belə bir məhdudiyyət tətbiq etmək fikrimiz yoxdur. Ancaq uşaqların ehtiyac olmayan yerlərə getmələri nəticəsində infeksiyanı evlərindəki risk qrupuna aid olan yaşlı insanlara yoluxdurma ehtimalı çox yüksək olur. Bütün bunları nəzərə alaraq uşaqların özlərini də qorumaq, onlar vasitəsilə daşına biləcək xəstəliklərdən böyükləri də qorumaq üçün müvafiq qaydalara əməl olunmasına daha çox riayət etməliyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar