Xəbər lenti
Azərbaycanlı müğənninin oğlundan ŞOK SÖZLƏR: "Məni döyürdü, ayağımı bağlayıb..."
Müğənni Dana Dürdanənin keçmiş həyat yoldaşı ilə yaşayan oğlu Murad "Bizimləsən" verilişinə canlı yayıma qoşulub.
Manevr.az xəbər verir ki, Dana Dürdanənin oğlu anasının ona işgəncə verdiyini açıqlayıb:
"Ailəmiz haqqında yalan danışır. Onu yeddi yaşımdan istəməmişəm. Üç yaşlı uşağı makiyaj dağıtdığına görə döyərlər? Məni döyürdü. Uşaq vaxtı ayaqlarımı stola bağlayıb, başqa yerə gedirdi. Çölə çıxmağa icazə vermirdi. Çox şey var. Hər şeyi səhv danışır. Mənə ana lazım deyil".
Müğənninin oğlu aparıcı Zaur Baxşəliyevin "Bu qadına qarşı içində zərrə qədər də analıq hissi, istək, vicdan hissi yoxdur?" sualına "Xeyr anama qarşı hiss yoxdur. Mənim qayğıma qalan bibilərim olub. Ona görə İnstaqramda ona yazmışdım ki, jurnalistlər bizim qapıya gəlməsinlər".
Dana Dürdanə isə oğlunun səsini eşidərək göz yaşlarına qərq olub və bibillərinin təsiri ilə bu sözləri dediyini qeyd edib.
Xatırladaq ki, Dana Dürdanə həyat yoldaşından ayrılıb. O, ikinci dəfə evlənib. Müğənninin hər nigahından bir oğlu var./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar