Xəbər lenti
Azərbaycanda iş saatları dəyişə bilər - Açıqlama
İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün işçilər 3 ayrı qrup şəklində və saat fərqi ilə iş yerlərinə gedə bilərlər.
Manevr.az xəbər verir ki, bu haqda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dünən keçirilən brifinq zamanı danışıb. O bildirib ki, artıq bununla bağlı təkliflər hazırlanıb:
“Bu gün bizim təkliflərimiz sırasında nəqliyyatla bağlı da müəyyən qaydalar var idi. Belə ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq - bu məqsədlə böyük ehtimalla təklifimiz qəbul olunsa, qərar veriləcək. İş yerlərinə müraciət olunacaq. İşə gələnlərlə işdən çıxanlar 3 ayrı qrupa ayrılsınlar və ayrı-ayrı saatlarda, məsələn 08:00, 08:30 və 09:00 olmaqla, yaxud bir saat fasilələrlə və müvafiq olaraq axşam o qədər saat gec çıxmaqla getməklə ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq mümkündür. Bununla bağlı təklifimiz var və qəbul olunsa, yəqin ki, sabah qaydalar çərçivəsində məlumat veriləcək “.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar