Xəbər lenti
Oqtay Əsədovla Fəttah Heydərovun iclaslara gəlməməsi ilə bağlı AÇIQLAMA
"Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil edilməyib. Hər şey qaydasındadır".
Manevr.az xəbər verir ki, bu fikirləri modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:
“Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-nə qədər karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib. Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta, mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar