Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rekord yoluxmadan sonra sərt karantin qaydaları - HANSI QƏRAR VERİLƏ BİLƏR?

Tarix: 02-06-2020 20:39     Baxış: 4212 A- / A+
Rekord yoluxmadan sonra sərt karantin qaydaları - HANSI QƏRAR VERİLƏ BİLƏR?

"Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Bu isə xüsusi karantin rejiminin yenidən tətbiq olunacağı ilə bağlı məsələni gündəmə gətirir".

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, ciddi karantin rejiminə qayıtmaq qəti şəkildə məqsədəuyğun deyil:

“Çünki hazırki havada insanları evdə saxlamaq mümkün olmayacaq. Onları da başa düşmək lazımdır. Əslində xüsusi karantin rejiminin yenidən tətbiq olunmasındansa, insanların hazırki qaydalara əməl etməsini tələb etmək, onları marifləndirmək daha doğru olardı”.

Professor bildirib ki, Operativ Qərargahın ən böyük yanlışı yeni karantin qaydalarını müəyyənləşdirmədən, təlimatlar hazırlamadan mövcud şərtləri birdən-birə yumşaltmaq oldu:

“Bundan sonra sadəcə sanitar gigiyenik qaydalara əməl olunmasına ciddi nəzarət olunmalıdır. Təcrübə göstərir ki, əsas şərt gigiyenik qaydalara əməl etməkdir. İkinci dəfə sərt karantin rejiminin tətbiq olunması effekt verməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar