Xəbər lenti
Mehman Hüseynovda xərçəng aşkarlanıb - ŞƏKİL
Tanınmış bloger Mehman Hüseynovda onkoloji xəstəlik aşkarlanıb.
Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, Mehman hazırda İsveçrədə müalicə alır.
Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov açıqlamasında bildirib ki, həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər:
"Ən kiçik qardaşım Mehman Hüseynov ağır xəstədir. Bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimləri nəhayət xərçəngə təklifli şiş diaqnozu qoymuşdular. Xoşbəxtlikdən həkimlər Mehmana təyin olunan müalicə kursunu ən qısa müddətdə başlaya biləcəyi təqdirdə bu xəstəliklə mübarizə şansının olduğunu söylədi. Müalicə mərhələlərlə aparılacaqdır. Birinci mərhələyə 30.000 CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) başa gələcək 5-6 həftəlik radioterapiya kursu daxildir.
İkinci mərhələ şüanın cərrahi yolla çıxarılmasıdır ki, bu əməliyyat 12 000 CHF-ə başa gələcəkdir. Əməliyyatın dəyəri 44.000 CHF-ə yüksələ bilər. Ümumiyyətlə, qardaşımın xəstəxanaya yerləşdirilməsi, müalicəsi və əməliyyatı üçün cəmi 74 min CHF lazımdır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar