Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bir ayağını itirən Qarabağ qazisi “Access Bank” ucbatından çıxılmaz haldadır

Tarix: 02-06-2020 04:22     Baxış: 3191 A- / A+
Bir ayağını itirən Qarabağ qazisi

Salyan rayonunun Yolüstü kənd sakini, Qarabağ əlili, döyüşdə ayağının birini itirmiş, digər ayağı da çürüyən Vəli Dünyamalıyev çətin duruma düşüb.

Manevr.az Minval.info-a istinadən xəbər verir ki, o, sonuncu devalvasiyadan öncə, daha dəqiq desək 1 dollar 1.05 AZN olduğu vaxtlarda “Access Bank”-ın Salyan rayonunda olan şöbəsindən 3500 dollar məbləğində kredit götürüb. Həmin kredit həyat yoldaşının adına rəsmiləşdirilib.

Krediti götürəndən sonra 6 ay boyunca V.Dünyamalıyev ödəniş edib. Amma devalvasiyadan sonra onun borcu ikiqat artıb və beləcə Qarabağ əlili ödəniş edə bilməyib.

“Mən uşaq oxuduram, əlil olduğum üçün təqaüd alıram. Bir ayağım yoxdur, digərinin də vəziyyətini görürsünüz. Dövlətin verdiyi pulla ailə saxlayıram, dərmanlarımı alıram. 6 ay boyunca, hər ay 210 manat ödəniş etmişəm. Devalvasiyadan sonra borcumu artırdılar, ödəniş edə bilmədim, verdilər məhkəməyə, məhkəmə yolu ilə 6 ay hər ay 100 manat ödəniş etdim. Devalvasiya olmasaydı vaxtı-vaxtında ödənişimi edəcəkdim, amma götürmədiyim qədər borcum olanda təbii ki, onu ödəyə bilmədim. Prezidentimiz qərar çıxardı və o qərara uyğun mən 1.05 AZN kursu ilə ödəniş etməli idim. Amma mənə indi deyirlər ki, hələ də 3500 manat borcum var. Üstünə müxtəlif faizlər gəliblər, borcumu artırıblar, ödəyə bilmirəm. Üstəlik artıq anam zamin olmadığı halda onun təqaüdündən avtomatik krediti çıxırlar. Hansı ki, prezidentin qərarından sonra mən bir neçə dəfə banka getdim, soruşdum, ödənişin necə olacağını bilmək istədim, amma dedilər ki, “Get, sənə xəbər edəcəyik, çağıracağıq”. Ondan sonra da xəbər etmədilər. Aylar keçib üstündən, indi başlayıblar borc çıxmağa, üstəlik sakitcə faiz gəliblər üstünə”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar