Xəbər lenti
Deputat:“Yas mərasimləri ilə bağlı qadağalara əməl olunmur”
“Bu gün yas mərasimləri ilə bağlı qadağalara əməl olunmur”.
Manevr.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu məsələyə baxılmalıdır: “Müvəqqəti olaraq hansısa müəyyən normalar müəyyənləşdirə bilərik. Çünki yas zamanı insanlar mərasim evlərinə toplaşmasalar da, öz evlərində yas keçirirlər. Bəziləri bu məhdudiyyətləri yanlış formada təqdim edirlər. Onlar iddia edirlər ki, guya hökumət insanların bir yerə toplanmasını istəmədiyi üçün bu məhdudiyyətləri tətbiq edir. Bu gün yas və toy mərasimləri ilə bağlı qadağaların yüngülləşdirilməsi və sadələşdirilməsi istiqamətində addımlar atılması üçün seçicilərim mənə müraciət edir”.
Deputat kurslarla bağlı məhdudiyyətlərin qüvvədə qalmasına da toxunub: “Bu gün həmin kurslarda çalışan insanlar işsizdir. Operativ qərargah bu məsələyə baxsa, yaxşı olardı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar