Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək - Azərbaycanda YENİLİK

Tarix: 01-06-2020 19:16     Baxış: 5420 A- / A+
Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək - Azərbaycanda YENİLİK


Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına start verib.
AMFA-dan verilən məlumata görə, layihənin əsas məqsədi COVID-19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadının COVID-19-la mübarizədə vacib qorunma tədbirləri haqqında biliklərinin, biznes bacarıqlarının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar