Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər - Koronavirusa görə - ŞƏKİL

Tarix: 01-06-2020 11:37     Baxış: 3368 A- / A+
Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər - Koronavirusa görə - ŞƏKİL


Eyni evdə yaşamayan şəxslərin cinsi əlaqədə olması illeqal hesab olunacaq.

Manevr.az bildirir ki, Britaniyada koronavirusla mübarizə çərçivəsində sosial izolyasiya tədbirləri gücləndirilib. Bu ölkədə birlikdə qalmayan şəxslərin bir-biri ilə cinsi əlaqədə olması, öpüşməsi və ya hər hansı təmas karantin qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Bu gündən etibarən birlikdə yaşamadığı şəxslə həmin evdə intim əlaqədə olanlar cərimələnəcəklər. Qərarın qəbul olunmasına səbəb kimi koronavirusun yayılmasının qarşısını almaq göstərilir. Belə ki, hökümət bu qərarla müxtəlif insanların eyni qapalı məkanda yaxın ünsiyyətinin qarşısını almaq istəyir.

Bundan əlavə, insanların bir evdə əsassız yerə toplaşması da qadağan edilib. Qaydaların tənzimlənmə mexanizmi barədə məlumat verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Birləşmiş Krallıqda 274762 insan koronavirusa yoluxub. 38 mindən çox insan Covid-19 səbəbi ilə vəfat edib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar