Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu- ŞƏKİL

Tarix: 31-05-2020 18:27     Baxış: 3275 A- / A+
Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu- ŞƏKİL

Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evində qonaq olub.

Manevr.az xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib: “Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.

Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları, qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”.

Manevr.az
Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu- ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar