Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qulu Məhərrəmli:"Jurnalistlər pula boyun əydilər"

Tarix: 31-05-2020 05:16     Baxış: 3230 A- / A+
Qulu Məhərrəmli:"Jurnalistlər pula boyun əydilər"

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan və jurnalistlər müftə pul alandan sonra bunlar çox razılıqla boyun əydilər. Pula boyun əydilər, rahatlığa boyun əydilər".

Bu fikirləri "Azadlıq radiosu"na müsahibəsində tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli, mətbuatın son illərdə dərin böhran içərisində olduğunu xüsusi qeyd edib:

"Bizim mətbuat bir neçə ildir ki, ciddi və hərtərəfli böhran içərisindədir. Buna nə dərəcədə mətbuat demək olar ? Bilmirəm. Çünki ən aşağısı 10-15 ildir Azərbaycan mətbuatı öz həqiqi reysindən çıxıb və tamam başqa işlərlə məşğuldur. Azərbaycan mətbuatının ruhuna çökmüş o təbliğatçılıq ruhu gerçəyi görməyə imkan vermir. O gerçəyi görməyəndə, cəmiyyət hara getdiyini bilmir. O gerçəyi görməyəndə, hakimiyyət də bilmir cəmiyyəti hara aparır. Ona görə mətbuatın missiyası nədir? Çox sadə. Cəmiyyəti məlumatlandırmaq, gedən proseslər barədə bilgilər vermək, hökumətin nə iş gördüyünü, cəmiyyətin nə düşündüyünü, bunun fikrini ona, onun fikrini buna çatdırmaqdır. İndi baxın, bu mətbuata məsul olan şəxsləri bir-bir vəzifədən çıxardırlar, atırlar. Amma nə dəyişəcək? Doğurdanmı təmənnalı, əli onun-bunun gözündə olan bu qəzetlər, bu saytlar, bu media rəhbərləri doğurdanmı gerçək yola qayıda biləcək?

Hələlik fundamental heç nə dəyişmir. Yenə media rəhbərlərinin gözü onun-bunun əlindədir ki, görüm bizə kim göstəriş verəcək ? Ağa axtarmaq, sahib axtarmaq, yiyə axtarmaq bizim mətbuatın ən ciddi fəlakətidi". demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar