Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlərin binasında yoxlama - Küllü miqdarda yeyinti aşkarlandı

Tarix: 29-05-2020 16:53     Baxış: 4205 A- / A+
Jurnalistlərin binasında yoxlama - Küllü miqdarda yeyinti aşkarlandı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.
Manevr.az xəbər verir ki, "bakupost"un əldə etdiyi məlumata görə, yoxlamalar zamanı küllü miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanımənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib.

Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar