Xəbər lenti
Ondan əməkhaqqı kartını geri qaytarması tələb edilir - VİDEO
Sumqayıt sakini iddia edir ki, onunla ictimai işə cəlb olunması barədə müqavilə imzalanıb. Lakin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə dəvət olunaraq imtina ərizəsi yazması və əməkhaqqı kartını geri qaytarması tələb edilib. Məsələyə aidiyyəti rəsmi qurumlar da mövqe bildirib.
İctimai işlərə cəlb olunan vətəndaş əməkhaqqı kartının geri istəndiyini iddia edir.
Sumqayıt sakini Nurəddin Quliyev deyir ki, bir müddət əvvəl iş üçün Məşğulluq mərkəsinə müraciət edib. Onunla ictimai işlərə cəlb olunması üçün müqavilə imzalandıqdan sonra adına əməkhaqqı kartı hazırlanıb.
Nurəddin Quliyev iddiaedir ki, kartı aldıqdan sonra Sumqayıt şəhər 4-cü mirorayon ərazisindəki Mənzil-Komunal Təsərüfatı İstehsalat Birliyinə dəvət edilib. Ondan imtina ərizəsi yazmaq və kartı təhvil vermək tələb olunub. Nurəddin Quliyev deyir ki, həmin vaxt orada ondan başqa dəvət edilmiş xeyli insan olub.
Məsələ ilə bağlı Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, mayın 22-də DOST mərkəzinin göndərdiyi siyahı əsasında ictimai işlərə cəlb olunanların monitorinqi aparılıb. Nurəddin Quliyev də ona görə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə dəvət edilib. Onun haqqında xüsusi qeydlər götürülüb və heç bir imtina ərazəsi tələb olunmayıb. Sumqayıt Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov da bildirib ki, Nurəddin Quliyev əməkhaqqı kartının özündə olmasının yoxlanması və bunu təsdiq etməsi üçün dəvət oluna bilər. Əməkhaqqı kartı isə heç bir halda vətəndaşdan geri alına bilməz. Amma bununla belə, məsələ yenidən araşdırılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar