Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət liderindən AÇIQLAMA

Tarix: 25-05-2020 06:10     Baxış: 3278 A- / A+
Saakaşvili Gürcüstana qayıdacaq

Həbsdən yenicə azad edilmiş, "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Gigi Ugulava Mixeil Saakaşvilidən danışıb.

Manevr.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Ugulava Saakaşvilinin Ukraynada vəzifəyə təyin olunmasına öz münasibətini bildirib. O qeyd edib ki, bir Gürcüstan vətəndaşı kimi, ölkənin sabiq prezidentinin uğuru onu çox sevindirir.

Ugulava həmçinin Bidzina İvanişvili ilə Saakaşvilini müqayisə edib:

"İvanişvili bu gün Gürcüstan siyasətinin ən böyük problemidir, Buna baxmayaraq onun ölkədə uzunmüddətli siyasətçi rolu aparması üçün siyasi resursları yoxdur, ancaq bundan fərqli olaraq Saakaşvilinin Gürcüstan siyasətində böyük siyasi resursları və təcrübəsi var. İvanişvilidən fərqli olaraq o, ölkədə daha uzun müddətli siyasi sima olaraq qalacaq" - deyə Ugulava bildirib.

Bundan başqa, müxalifət lideri Mixeil Saakaşvilinin Gürcüstana qayıdacağını da qeyd edib:

"Gürcü Arzusu deyir ki, əgər hakimiyyətdə biz olmasaq, Saakaşvili olacaq, Təbiidir ki, Saakaşvili Gürcüstana mütləq qayıdacaq", - deyə Ugulava bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar