Xəbər lenti
“AzTV-nin bütün verilişlərini Əli Həsənova trolluq edənlər...“ - Aslan İsmayılovdan sərt tənqid
"Uzun illər Prezidentin keçmiş köməkçisi Əli Həsənovun medianı sözün əsl mənasında bazara, əxlaqsızlıq məkanına çevirdiyini dəfələrlə yazmışam. Ə.Həsənov gedəndən sonra ümid etdim ki, nəhayət TV-lər maarifləndirici, vətənpərvərlik təbliğatı ilə məşğul olacaq və jurnalist adına ləkə olanlar hər yerdən uzaqlaşdırılacaqlar".
Manevr.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib. O, AzTV-nin yeni sədri Rövşən Məmmədovun fəaliyyətini sərt tənqid edib:
"AzTV-nin gənc sədri Rövşən Məmmədovun gəlişindən sonra da ümid etmişdim ki, dövlət televiziyasında medianın inkişafı üçün çalışanlara qapılar taybatay açılacaq. Burada da tam əksi oldu. AzTV-nin bütün verilişlərini Ə.Həsənova trolluq edənlər, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanlar bəzəyir. Hətta, Ə.Həsənovun trollu olması ilə fəxr edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edirlər".
A.İsmayılov konkret adlar çəkərək AzTV-ni onları dəstəklədiyinə görə tənqid atəşinə tutub:
"Azərbaycan mətbuatının üz qarası, əhalinin nifrət obyekti olan Azər Həsrət, Məhəmməd Qəribli (əvvəllər reket fəaliyyətinə görə həbsdə olmuş), Taleh Şahsuvarlı, Bəhruz Quliyev ("Səs" qəzeti), Elçin Mirzəbəyli, Aynur Camalqızı AzTv-nin ekranlarından düşmürlər.
Mətbuat sahəsini ciddi izləyən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, bu sahədə heç bir dəyişiklik yoxdur. Alışanovu Məmmədov əvəz edib, yəni hamının da dediyi kimi sadəcə "əl dəyişdiriblər".
Doğrudanmı bu gün islahatdan danışanlar anlamırlar ki, adları çəkilənlərin efirdə görünməsi insanlarda bu hakimiyyətə nifrət aşılayır".yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar