Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama

Tarix: 24-05-2020 11:27     Baxış: 3190 A- / A+
Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır-stabil olaraq qalır.

Manevr.az Bunu modern.az-a açıqlamasında hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, həkimlər hər keçən gün üçün qeydə alınan cüzi irəliləyişə görə, gözləməyi məsləhət görürlər.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar