Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada soydaşımızı qətlə yetirən erməni hələ də azadlıqdadır - XİN niyə susur?

Tarix: 23-05-2020 21:43     Baxış: 3224 A- / A+
Rusiyada soydaşımızı qətlə yetirən erməni hələ də azadlıqdadır - XİN niyə susur?

Laqeydlik bizim qanımızdadır, belə olmasaydı, tarix boyu bu günlərə məğlub kimi gəlməzdik. Bəlkə, özümüzə dönək, dönək ki, gələcək itkilərimizə son qoyaq. Dönək ki, heç olmasa gələcək nəslimizin qınağına tuş gəlməyək.

Manevr.az xəbər verir ki, bunu BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi deyib:

O bildirib ki, 2011-ci ilin dekabrında Rusiya Federasiyasının Amur vilayətində əslən Axırkələkdən (Cavaxetiyadan) olan Misak Lazaryan adlı bir erməni Bərdə rayonunun Zümürxan kəndindən olan Cabbar Əliyev adlı azərbaycanlını qəsdən öldürən. O, Ermənistana qaçmış və bu günədək Rusiyanın hüquq-mühafizə orqanlarından gizlənməkdədir. Rusiya vətəndaşı olan erməniyə cinayət işi də açılmışdı. Lakin hadisədən 9 il keçməsinə baxmayaraq, M. Lazaryan Ermənistandakı qan qardaşlarının yanında kef çəkərək sərbəst dolaşmaqdadır".

İsmayıl Tanrıverdi qeyd edib ki, bu barədə Ermənistan mediasında dəfələrlə müzakirə olunsa da erməni tərəfi cinayətkarı Rusiyaya qaytarmaq fikrində deyil: "Hətta ruslara belə cavab da verilmişdi ki, "Lazım gələrsə onun cəzasını biz özümüz verərik, bir şərtlə ki, cəzasını Ermənistanda çəksin". Sual olunur ki, Gürcüstanda anadan olmuş, Rusiya vətəndaşını Ermənistanda necə mühakimə edə bilərlər?

Buna görə də bizim Rusiyadakı səfirliyimiz, diasporumuz, XİN və hüquq mühafizə orqanlarımız erməni tərəfindən qətlə yetirilmiş Cabbar Əliyevin indiyədək qanının yerdə qalmasına göstərdikləri laqeyd münasibətə son qoymalı və cinayətkarın layiqli cəza alması üçün əllərindən gələni etməlidirlər".teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar