Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Psixoloq icra başçısını məhkəməyə verdi

Tarix: 23-05-2020 16:46     Baxış: 4240 A- / A+
Psixoloq icra başçısını məhkəməyə verdi

Turanə İmanova karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir

Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı icra başçısı Rüstəm Xəlilovu məhkəməyə verib.

Psixoloq arqument.az-a icra başçısını onu işdən çıxardığına görə məhkəməyə verdiyini bildirib: "İcra başçısı Rüstəm Xəlilovu məhkəməyə verdim. Artıq Hacıqabul Rayon Məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə hazırlıq iclası keçilib. Növbəti məhkəməmiz iyunun 2-də olacaq. İddia ərizəmdə 15 min manat təzminat, itirilmiş iş günlərimin əmək haqqısını və işə bərpanı tələb edirəm".

O deyib ki, məsələ mətbuatda işıqlandırılandan sonra icra başçısı ona və ailəsinə təzyiq etməyə başlayıb: "Mənə və ailəmə qarşı təzyiqlərə başlayıblar. Bu gün Salyan Regional Əmək Müfəttişliyindən də cavab gəlib və məni Şirvan Şəhər Əmək Müfəttişliyinə dəvət ediblər. Mən tapdanmış haqqımın bərpasını tələb edirəm”.

Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir.

O bununla bağlı mayın 9-da prezident İlham Əliyevə müraciət edib və icra başçısını məhkəməyə verib.

Manevr.az
Psixoloq icra başçısını məhkəməyə verdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar