Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda parklanmadan qanunsuz pul yığılır - VİDEO

Tarix: 19-05-2020 21:03     Baxış: 4221 A- / A+
Bakıda parklanmadan qanunsuz pul yığılır - VİDEO


Bakı şəhərində qanuni parklanma yerlərindən istifadə ödənişsizdir. Amma buna baxmayaraq bəzi şəxslər hələ də parklanma ərazilərində sürücülərdən pul tələb edirlər.

Manevr.az-ın məlumatına görə, ərazidə olan nəzarətçilər avtomobili saxlayan kimi sürücüyə yaxınlaşıb, qəbz təqdim edirlər. Həmin qəbzdə isə ödəniş barədə məlumat öz əksini tapır.
Ödəniş etməyən sürücülərə isə bildirilir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 20 manat cərimə ediləcəklər.
Halbuki, parklanma yerində "Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir" elanı vurulub.
Parklanmaya nəzarət edən şəxslər isə suallarımızı cavablandırmaqdan yayınıb, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, şəhərdə küçə parklanmasına görə tariflər hələ Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Bu səbəbdən də parklanma yerlərindən istifadə ödənişsizdir. Bu barədə sürücülərin yerində məlumatlandırılması məqsədi ilə parklanma nişanlarının altında məlumat lövhəsi qoyulub: "Sürücülərə bir daha bildiririk ki, qanunla icazə verilən yerlərdə və qaydada avtomobilinizi park edərkən heç kimə vəsait ödəməyin".xezerxeber.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar