Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış iş adamı: “Nizaməddin Quliyevlə Vilyam Hacıyevin mənə borcu var”

Tarix: 19-05-2020 18:18     Baxış: 4164 A- / A+
Tanınmış iş adamı: “Nizaməddin Quliyevlə Vilyam Hacıyevin mənə borcu var”

“Goranboyun və İmişlinin sabiq icra başçıları Nizaməddin Quliyevlə Vilyam Hacıyevin mənə borcları var. Nizaməddin 156 min, Vilyam 857 min manat borcludur”.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a iş adamı Muqayis Verdiyev deyib.

O, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan icra başçılarının ona borclarının olduğunu bildirib. M.Verdiyev qeyd edib ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev Goranboyda işlədiyi müddətdə ona gördüyü işlərin müqabilində cəmi 100 min manat pul verib və borclu qalıb. Həmçinin Vilyam Hacıyev İmişli rayonunun icra başçısı kimi onun şirkətinin gördüyü abadlıq işlərinə görə pulun hamısını ödəməkdən imtina edib:

“Dünən saytınızda Maşallah Əhmədovun fikirlərini oxudum. O, düz deyir. Vilyam Hacıyevin mənə 2012-ci ildən 857 min manat borcu qalıb. Hamımıza yalvardı ki, gəlin borcumun olmamasına dair sənəd imzalayın.

24 rayonda bayraq meydanı tikmişəm. Heç bir icra başçısından narazılığım olmayıb. Amma Goranboy və İmişlidə gördüyümüz abadlıq işlərinə görə pulumuzu verməyiblər.

Dedi ki, aprelin 10-da gəlib pulunu alarsan. Mən də digərləri kimi, inandım. Mənə 400 min manat pul verdi. Ancaq ayın 10-dan sonra İmişliyə gedəndə bizi şəhərə buraxmadı. Hətta bir əməkdaşımıza – Cavanşir adında iş adamına beş sutka iş verdirdi”.

İş adamı DTX-yə çağırılması barəsində isə bunları deyib:

“Ayın 26-da bu məsələ ilə bağlı məni DTX-yə çağırıblar. Özüm müraciət etmişəm. Müraciətimdə mənə borclu olduqlarını bildirmişəm. Demişəm ki, əlimdə gördüyüm işlərə dair şəkillər var. Yəni onun gizlətməyə yeri yoxdur. Mənim əlimdə 857 min manat borcun olması ilə bağlı audit yoxlamasına dair sənəd də var.

Pul dalınca qaçan adam deyiləm. Çəkdiyimiz əziyyətə heyfim gəlir. Vilyam Hacıyevin evindən bu qədər pul çıxdığını görəndə əsəbləşdim. Deməli, bu qədər pulu var, camaatın 300-400 minini və ya 1 milyonunu verməyə canı çıxır. Oğlu da 200-300 min manatlıq maşınlarda gəzir”.

“O vaxt Maşallah Əhmədov çılğınlıq edib Vilyam Hacıyevdən əl çəkmirdi, pulunu istəyirdi. Ola bilsin ki, onun tutdurulmasında da Vilyamın əli vardı”, – deyə iş adamı əlavə edib.

Qeyd edək ki, Muqayis Verdiyev 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəmə) ilə həbs olunub. O vaxt həmin həbsdə Nizaməddin Quliyevin əlinin olduğu iddia edilirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar