Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxs kəlbəcərli məcburi köçkünlərin 600 baş qoyununu əlindən aldı - İDDİA/ VİDEO

Tarix: 17-05-2020 20:33     Baxış: 41 044 A- / A+
Vəzifəli şəxs kəlbəcərli məcburi köçkünlərin 600 baş qoyununu əlindən aldı - İDDİA/ VİDEO

Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə iddia edir ki, 600 baş qoyunu əllərindən məcburi alınıb. İşin əsası tam aydın olmasa da, verilən məlumata və təqdim olunan videoya əsaslanaraq qeyd edək ki, vətəndaşlara qarşı haqsızlıq olduğu görünür.

Manevr.az xəbər verir ki, bu barədə vəkil Əziz Qənbərov sosial şəbəkədə məlumat verib. Vəkil məsələ ilə bağlı Prezidentə, Daxili İşlər Nazirinə və Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısına müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayevə

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm ki, Kəlbəcər rayon sakinlərinin bu fəryadını şəxsi nəzarətinizə götürəsiniz. Çünki fakt kəlbəcər sakinlərinin iddia etdiyi kimi öz təsdiqini taparsa, Hacıqabul rayon Polis Şöbəsinin rəisi Məmməd Marif oğlu Hüseynovun atası Maarif Hüseynov zorla onların 600-dən çox xırdabuynuzlu heyvanlarını ələ keçirib qaytarmır.

Son zamanlar məmur özbaşınalığı ilə bağlı gördüyünüz ciddi tədbirlərə baxmayaraq hələ də insanlara yuxarıdan aşağı baxan məmur və onların ailə üzvüləri vardır. Hesab edirəm ki, bu həssas dönəmdə məcburi köçkünlərin şikayətləri ciddi şəkildə araşdırılmalı və günahkar şəxslər cəzalarını almalıdırlar.

Ailə Sizə güvənir".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar