Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Tikiş Evi koronavirus iddialarına münasibət bildirdi

Tarix: 16-05-2020 22:48     Baxış: 3162 A- / A+
Bakı Tikiş Evi koronavirus iddialarına münasibət bildirdi

Bakı Tikiş Evi (ASC) bəzi internet resurlarında yayılmış məlumatlara münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, ASC-dən redaktor.az-a daxil olan xəbərdə deyilir ki, Bakı Tikiş Evi (ASC) Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların geyimlərinin istehsalı ilə ölkənin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət edib və xidmət etməyə davam edir:

"Bakı Tikiş Evi bəzi internet resurlarında yayılmış dəqiqləşdirilməmiş məlumatla bağlı narahatlığını bildirir. Ölkəmizdə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, azsaylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa edib.

Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilib. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar "COVID-19” testindən keçirilib.

Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər görülərək, TƏBİB-ə rəsmi məlumat verilib. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerləşdirilib.

Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti karantin rejiminin yumuşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməyib. İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur.

TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq, onlar uyğun qərar əsasında evə yola salınacaqlar. Son olaraq qeyd etmək istərdik ki, bundan əvvəl mövzu ilə bağlı müəssisəmiz haqqında yayılan bütün xəbər və məlumatlar əsassızdır!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar