Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda maşından baha nömrələr: ŞOK QİYMƏTLƏR

Tarix: 16-05-2020 17:47     Baxış: 4177 A- / A+
Azərbaycanda maşından baha nömrələr: ŞOK QİYMƏTLƏR

“Bəli, nömrə özümündür. Almaq istəsəniz, qiymətindən 300-500 keçərəm”.

Bu sözləri adını çəkmək istəmədiyimiz saytlardan birində bahalı qiymətə nömrə satan Mübariz (şərti adı) deyir. Bu saytda onun kimi onlarla insan nömrə satır.

Məsələn, 10-SR-777 8000 azn-ə, 10-HR-701 5000 azn-ə , 10-BT-100 23 800 azn-ə, 10-ZP-100 28 000 azn-ə təklif olunur. Bu siyahını uzada da bilərik. Lakin narahatlıq yaradan başqa məsələ diqqətimizi çəkdi: Qanunvericilikdə bu kimi hallara icazə verilirmi?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı lent.az -a danışan avtomobil eksperti Elməddin Muradlının sözlərinə görə, qanunvericilik vətəndaşların maşın nömrələri satmalarına icazə vermir:


Azərbaycanda maşından baha nömrələr: ŞOK QİYMƏTLƏR

“Vətəndaşların avtomobillərin dövlət qeydiyyat nişanlarını satmağa ixtiyarı yoxdur. Qanunvericilik buna icazə vermir. Ona görə də avtomobil sahibləri nömrələri satmırlar. Ancaq bahalı nömrələri olanlar maşınlarını satarkən bəzən nömrələri satmırlar. Sonradan bu nömrəyə alıcı çıxsa, könüllü ərizə yazacaq ki, nömrəmin filankəsin adına keçməsinə razıyam. Həmin nömrəni daşıyacaq avtomobilin, eyni zamanda nömrəni daha öncə daşıyan avtomobilin də texniki pasportu olmalıdır. Bu baxımdan qanunvericilikdə boşluq var və hesab edirəm ki, həmin məsələyə yenidən baxılmalıdır. Digər tərəfdən isə onsuz da DYP dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf düzülüşünə görə müxtəlif qiymətlər təyin edib. Həmin qiymətlər vətəndaşların qoyduğu qiymətlərdən 2-3 dəfə aşağıdır. DYP-nin və vətəndaşların qoyduqları nömrələr hərflərin yerdəyişməsi, yaxud 10-la deyil, 90-la başlaması ilə fərqlənir. Hər halda bu kiçik fərqə görə bu dərəcədə baha qiymətlər doğru deyil”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin də sözügedən məsələyə münasibətini öyrəndik. K.Əliyev də vətəndaşların yalnız öz avtomobillərini satmaq hüququ olduğunu dedi:

“Dövlət Yol Polisindən başqa heç kim dövlət qeydiyyat nişanlarını sata bilməz. Çünki nömrələr, adından da göründüyü kimi, dövlətə məxsusdur. Vətəndaşlara yalnız avtomobillərini satmağa icazə var. Onsuz da DYP tərəfindən nömrələrin hərf və rəqəmlərlə kombinasiyasına uyğun olaraq qiymətləri müəyyən edilib”.

Qeyd edək ki, Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib.

Bu qanuna görə, adi nömrələr - yəni, seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasında dəyişir.

Yeri gəlmişkən, avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə cədvəli təqdim edirik:
Azərbaycanda maşından baha nömrələr: ŞOK QİYMƏTLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar