Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda "VAZ 2107" ilə "hoqqa" çıxaran TUTULDU

Tarix: 14-05-2020 20:11     Baxış: 4211 A- / A+
Bakıda "VAZ 2107" ilə "hoqqa" çıxaran TUTULDU


Avtoxuliqanlıq etdiyinə görə, inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb. Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, o, eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.

M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.xəzərxəbər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar