Xəbər lenti
Şahbaz Quliyev ailəsinə məktub göndərib
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub yollayıb.
Manevr.az xəbər verir ki, bu barədə azvision.az -a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, məktub bir həftə əvvəl gətirilib.
“Məktubda hər zamanki kimi “Salam, sağ ol, yaxşıyam” sözləri yazılıb. Bizə başqa heç bir məlumat verilməyib”.
Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar