Xəbər lenti
Dörd yaşlı qız anasının həyatını xilas etdi
İngiltərənin Hampshire qraflığının Sauthempton şəhərindən olan 32 yaşlı Keti Humphries evdə dörd yaşlı qızı Faye ilə oynayırdı. Bu zaman qadında şiddətli astma xəstəliyi başlayıb.
İnqalyatorlar onun nəfəs almasına kömək etməyib və huşunu itirməyə başlayıb.
Katie qızına "Anaya kömək lazımdır" sözlərini deyib. Bundan sonra qız xilasetmə xidmətinə zəng edərək həkimləri çağırıb. O, operatora anasının nəfəs ala bilmədiyini bildirib.
Operator həkimlərin gəlişinə qədər telefonla danışmağa davam edib. Qız onları evə buraxıb. Dörd yaşlı uşaq bu vəziyyətdə çox sakit olub.
Təcili yardım gələndən sonra Ketidə ikinci bir astma olub və xəstəxanaya göndərilməzdən əvvəl bir adrenalin iynəsi vurulub.
"Qızım olmasaydı, indi sağ qalacağımı düşünmürəm. Nəfəs ala bilmirdim. Bu, mənim üçün ən pis astma hücumu idi" deyib. konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar