Xəbər lenti
Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq? — AÇIQLAMA
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Mayın 31-də Azərbaycanda daxili gediş-gəlişə icazə verilə bilərmi?
Manevr.az xəbər verir ki, bununla bağlı məlumat verən deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir:
"Operativ Qərargah hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılır. Hazırda karantin rejimi yumşaldılıb. Yumşalma o demək deyil ki, karantin rejimi və koronavirus təhlükəsi artıq bitib. İnsanlarımız daha məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına riyaət etməlidir. Qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli və sosial məsafəni qorumalıdır. Əgər məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl edərsək koronavirusun ikinci dalğasından az itki və yoluxmalarla qurtula bilərik. Azərbaycan qabaqlayıcı tədbirlər sayəsində koronavirusla mübarizədə öndə gedən dövlətlərdən biridir. Buna uyğun olaraq da karantin rejimində yumlaşlamalar oldu. Təəssüf ki, son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Dünən bilirsiniz ki, 104 nəfər koronavirusa yoluxub. Bu artım onu göstərir ki, insanlarımız bu xəstəliyi önəmsəmirlər. Hesab edirəm ki, Azərbaycanda koronavirus bitməyənə qədər insanlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edərək sosial məsafəni qorumalıdırlar. Yoluxma sayı minimuma ensə, o zaman Operativ Qərargah daxili gediş-gəlişə icazə verilməsi ilə bağlı qərar verə bilər. Ümumiyyətlə bu kimi qərarların verilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq qərarlar qəbul edirlər. Bu məsələdə də düşünürəm ki, Operativ qərargah son yoluxma dinamikasını və dünyada gedən prosesləri götür-qoy etdikdən sonra qərar qəbul edəcəklər".(sonxeber.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar