Xəbər lenti
Azərbaycanda komendant saatı tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
“Koronavirusla bağlı təşviqat materialları bütün dayanaclar, ictimai iaşə yerlərində asılacaq".
Manevr.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, vətəndaşların bu qaydalara tam riayət etməsi lazımdır: “Vətəndaşlarımız bu məsələyə tam məsuliyyətlə yanaşmalıdırlar”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, sosial şəbəkələrdə aktiv vətəndaşlar, o cümlədən jurnalistlər qaydaların aktiv təbliğatçısına çevrilməlidir: “Sərt karantindən çıxdıqdan sonra yoluxmanın artdığını gözləyirdik. Ancaq insanların məsuliyyətsizliyi də bu məsələdə böyük rol oynayır. Artıq metro açılıb. Bankların qarşısında, marketlərdə insanların tibbi maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Buna görə də Operativ Qərargah broşurlar dərc edib”.
R. Bayramlı nəzərə çatdırıb ki, qardaş ölkə Türkiyədə həftə sonlarında hərəkətin məhdudlaşdırılması həyata keçirilir: “Biz vətəndaşlarımızın tibbi maskalardan istfiadəsini müşahidə edəcəyik. Ola bilər ki, qarşıda həm bayram günlərində, həm də həftə sonlarında məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ Qərargaha müraciət etdik”.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar