Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Razi Nurullayevin çıxışları mərsiyəni xatırladır - Deputat

Tarix: 08-05-2020 13:41     Baxış: 3246 A- / A+
Razi Nurullayevin çıxışları mərsiyəni xatırladır - Deputat

1999-cu və 2009-cu ildə bələdiyyə seçilənlərdə torpaq qalmayıb, hamısını satıblar.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır:

“Bələdiyyələrin nə səlahiyyəti var ki! Başıqapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir? Məsələn, Milli Məclisin daxili vəsaiti varmı? Yox! Bu, rüşvətdir”.

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli isə Razi Nurullayevə etiraz edib:

“Bu sahədə müəyyən addımlar atılıb. Bələdiyyələrin öz yolu, öz mövqeyi var. Qüsur və nöqsanlar da mövcuddur. Bu qüsurların üzərinə gedən deputatlar var. Razi müəllim, xahiş edirəm, çıxışlarınızda diqqətli olun. Sizin çıxışınız bir mərsiyə vardı, ona bənzəyir. Adınız da oxşardır. Sizin adınız Razidir, onun adı isə Racidir. Siz hər dəfə çıxış edəndə mərsiyə yada düşür”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar