Xəbər lenti
Polis həyəcan təbili çalır — Həkim və polislər arasında koronavirusa yoluxanlar var
Son günlər Bakıda polis nəzarəti daha da gücləndirilib.
Manevr.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.
“Karantin rejimi bir neçə sahədə yumşaldılıb və bir sıra obyektlərin açılışına icazə verildi. Təbii olaraq polisin də sayı ikiqat artmalıdır. Tutaq ki, bərbərxana və gözəllik salonlarında çox insanın toplaşmaması üçün polis nəzarət edir. Polis nəzarəti gücləndirib ki, insan sıxlığı yaranmasın, sosial məsafə gözlənilsin, açılan məntəqələrdə qayda pozuntularına yol verilməsin”, - deyə məlumatda vurğulanıb.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xahiş edir ki, hər kəs özünün polisi olsun: “Hər bir vətəndaş məsuliyyətli olmalı, həmrəylik göstərməlidir. Bu, ümumdövlət tələbidir. Yəni bütün məsuliyyət həkim və polisin üzərində qalmamalıdır. Hər kəs özünü səngərdəki əsgər kimi göstərməlidir, hədəfdən yayına bilməlidir.
Əslində hər şey inzibati yollarla tənzimlənməməlidir. Xüsusi karantin rejimində ümumi tələblər var, hamı ona əməl etməlidir. Dəfələrlə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB rəsmiləri əhaliyə tövsiyə ediblər ki, qoruyucu və gigiyenik vasitələrdən istifadə etsinlər. Dövlət də buna xüsusi qayğı göstərir.
Polis gecə-gündüz ölümün tuşunda xidmət aparır. Bildiyiniz kimi, həkim və polislər arasında koronavirusa yoluxanlar var. Hər kəs bundan ibrət götürməlidir. Vətəndaş məsuliyyətli olmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar