Xəbər lenti
Metroya tibbi maskasız giriş qadağan olunacaq
“Bakı Metropoliteninin yenidən fəaliyyətə başlaması zamanı sərnişinlərin təhlükəsizliyi ilə bağlı Tədbirlər Planı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq hazırlanacaq”.
Manevr.az bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, müxtəlif variantlar üzrə müvafiq tədbirlər görüləcək: “Metropoliten qoyulan şərtlər üzrə fəaliyyət göstərəcək. Bildiyimiz odur ki, Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişə əsasən, sosial məsafənin qorunması öz qüvvəsində qalacaq, metroya tibbi maskasız giriş qadağan olunacaq”.
B. Məmmədov əlavə edib ki, metodiki göstərişlərdəki digər bəndlər üzrə işlər indiyə qədər aparılıb və bundan sonra da davam etdiriləcək: “Sərnişinlərin təhlükəsizliyinə dair bütün mümkün variantlar nəzərdən keçirilir. Əsas nüanslardan biri metronun iş qrafiki ilə bağlıdır. Adi iş rejimi üçün metronun hərəkət qrafiki hazırdır. Digər şərlər olarsa, ən qısa zamanda həmin şərtlərə uyğun da qrafik hazırlanaraq tətbiq olunacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar