Xəbər lenti
ATV və "Lider"in yayımı dayandırıldı - "Space" məhkəməyə verildi - RƏSMİ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Manevr.az xəbər verir ki,MTRŞ-dan apa-ya verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılmışdır.
1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.
3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.
Həmçinin, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar