Xəbər lenti
Bakıda jurnalistlərə mənzillər bu şərtlərlə paylanacaq
Bakıda jurnalistlər üçün tikilən üçüncü bina tamamlanmaq üzrədir.
Mətbuat işçiləri üçün tikilən 3-cü bina tamamlanmaq üzrədir. 16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil var.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) rəhbərliyində olan dəyişikliklərdən və aparılan islahatlardan sonra, mənzil şəraiti yaxşı olmayan, bir çox evsiz jurnalist böyük ümidlə yeni mənzillərin nə vaxt paylanacağını gözləyir.
Manevr.az xəbər verir ki, üçüncü binada mənzillər bu dəfə əvvəlki forma və şərlərlə paylanmayacaq.
Belə ki, mənzillərin az bir qisminin Prezident İlham Əliyevin sərəncamı ilə mətbuatın 145 illiyi münasibətilə bir qrup jurnalistə hədiyyə kimi verilməsi nəzərdə tutulub.
Təxminən 200-ə yaxın mənzil isə KVDF-nin sərəncamında qalmaqda davam edəcək.
Evsiz və ya şəraiti yaxşı olmayan jurnalistlər sonrakı müddətdə fərdi qaydada KİVDF-yə ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılmasını istəyə biləcəklər.
Belə halda qurum hər bir hal üçün xüsusi komissiya yaradıb, araşdırma aparacaq və uyğun cavab verəcək./hit.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar