Xəbər lenti
Başçı 150 sahibkarın torpağını əlindən alıb - Video
Ölkəmizdə çox ciddi dəyişikliklər baş verir. İndiyə qədər də ölkədə Baş prokuror, icra başçısı dəyişdirilirdi. Amma əvvəllər onlara verilən tapşırıqları cəmiyyət bilmirdi. İndi isə ölkə başçısı açıq şəkildə tapşırıqlarını verir və cəmiyyət də görür ki, yeni təyinat alan şəxsə nə tapşırılıb və ondan nə tələb olunacaq.
Manevr.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.
F.Mustafanın sözlərinə görə, həbs olunan icra başçısının bir rayonda 150 sahibkarın torpağını əlindən aldığı məlum olub:
“Amma bunu qanunsuz yox, məhkəmə qərarı ilə edib. Belə bir vəziyyətdə bu insanlar ayaqda qala bilibsə, bu özü də böyük bir şeydir. Ona görə də hesab edirəm ki, biz ədalət prinsipini bərpa etməliyik. Yeni təyin olunan hakimlər də bunu nəzərə almalıdır. Əgər biz ədaləti cəmiyyəti bərpa edə bilməsək, bu, çox ağır nəticələrə gətirib çıxaracaq”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar