Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhurlar şantaj edilir: Quldur şirkət... - Video

Tarix: 03-05-2020 22:24     Baxış: 4228 A- / A+
Məşhurlar şantaj edilir: Quldur şirkət... - Video

Dünyanın ən önəmli video platforması Yutubun Azərbaycanda yeganə partnyor şəbəkəsi olan “VediaKorp Azərbaycan” (WediaCorp Azerbaycan) şirkəti ilə bağlı şok faktlar üzə çıxıb.

Manevr.az kult.az-a istinadən xəbər verir ki, bu barədə video hazırlayan yutuber İmran Əsədov sözügedən şirkətin Azərbaycanda fəaliyyət göstərən Yutub kanallarının sahiblərinə əməkdaşlıq təklif etdiyini, razılaşmayanların kanalını sildirdiyini bildirib.

O qeyd edib ki, şirkət bir qədər əvvəl görkəmli bəstəkar Elza İbrahimovanın Yutub kanalının bu yolla silinməsinə nail olub. İmran Əsədov bildirib ki, sənətkarın kanalını Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov idarə edirdi:

“Elza İbrahimovanın kanalında 800-dən çox video var idi. Mən Çingiz bəylə əlaqə saxladım. O, mənə kanalı sildirənlərlə bağlı məlumat verdi və şikayətlərin mətnini atdı. Başa düşdüm ki, “VediaKorp” şirkəti Azərbaycanda bu sahədə monopoliya qurmaq istəyir”.

Yutuberin sözlərinə görə, azərbaycanlı məşhurlar şəxsi kanallarının bağlanması təhlükəsinə görə bu şirkətlə məcburi şəkildə müqavilə imzalayıblar:

“Yəni kim bunlarla müqavilə bağlamasa, onun kanalını sildirirlər. Bu şirkət Çingiz bəyə də partnyor olmağı təklif edib, lakin imtina cavabı alıb. Bundan sonra isə Elza İbrahimovanın adına olan kanalı sildirib”.

Yutuber bildirib ki, bu şirkət yerli Yutub kanallarının yaratdığı videonun müəlliflik hüququnu öz adına keçirir:

“Çünki əllərində belə bir səlahiyyət var. Müəlliflik hüququ onlarda olanda videoların əsl sahiblərindən şikayət göndərirlər və beləcə kanalı sildirirlər. Bundan sonra isə həmin videolardan gələn gəlirləri özlərinə götürürlər. Məsələn, Elza İbrahimovanın mahnılarını başqa-başqa kanallar da paylaşıb. Əslində, bu videolardan gələn gəlirlər Elza xanımın ailəsinə, yəni kanalı idarə edən qardaşı Çingiz bəyə çatmalı idi. Amma indi “VediaKorp” götürəcək”.

İmran Əsədov deyib ki, artıq məsələ ilə bağlı Yutuba rəsmi müraciət edilib və baş ofisə “VediaKorp”un vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi haqda məlumat verilib. Bundan başqa, şirkətin fəaliyyəti ilə bağlı rəsmi qurumlara müraciət edildiyi bildirilib.

Daha ətraflı videoda:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar