Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əli Həsənovun və həyat yoldaşının qohumlarına verilmiş evlər geri alınamalıdır" -ŞOK FAKTLAR

Tarix: 29-04-2020 21:49     Baxış: 3363 A- / A+
"Əli Həsənovun və həyat yoldaşının qohumlarına verilmiş evlər geri alınamalıdır"

Son zamanlar Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, Prezidentin sabiq köməkçisi Əli Həsənov və KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyətinin araşdırılmasına dair çağırışlar çoxalıb.

Bu tələblə çıxış edənlərin sırasına Əməkdar jurnalist, professor Qafar Cəbiyev də qoşulub. O, “demokrat.az” saytında dərc olunan yazısında xüsusilə dövlət tərəfindən jurnalistlər üçün inşa edilən binalarda mənzillərin bölüşdürülməsi zamanı yol verilən qanunsuzluqlara, özbaşınalıqlara diqqəti çəkib Sitat: “Nə özləri, nə də ətrafındakılar, necə deyərlər, artıq ayaqlarının altını belə görmürdülər.

Görün, iş nə yerə çatmışdı ki, ölkə Prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər”.

Q.Cəbiyev qeyd edib ki, mənzil bölgüsü zamanı peşəkar jurnalistlər kənarda qoyularaq, Ə.Həsənov və V.Səfərliyə yaxın adamlara, qohum-əqrabalarına ev verilib: “Peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar.

Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildirmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.” bizimxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar