Xəbər lenti
Qadınlar qumar oynayan ərlərini polisə “satdılar”

Ərlərini qumar oynamaqdan çəkindirə bilməyən qadınlar onları polisə “satıblar”.
Manevr.az “Haber Global”-a istinadən məlumat verir ki, hadisə Türkiyənin Mardin şəhərində baş verib.
Bildirilir ki, qadınlar polislərə ərlərinin toplaşdığı ünvanı veriblər. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən ünvanda əməliyyat keçiriblər.
Nəticədə, səkkiz nəfər qumar oynadıqları yerdə saxlanılıb.
Onların hər biri 1225 lirə (298 AZN) cərimələnib.
Bundan başqa, pandemiya dövründə qadağalara baxmayaraq, qəhvəxananı açan sahibkara qarşı da yoxlamalar başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































