Xəbər lenti
Dövlət Komitəsi və KOICA birgə əməkdaşlıq haqqında razılıq əldə edib- ŞƏKİLLƏR
Dövlət Komitəsi və KOICA “COVID-19” virusunun təsirini azaltmaq məqsədilə məcburi köçkünlərə dəstək üçün birgə əməkdaşlıq haqqında razılıq əldə edib.
Bu gün məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında Memorandum imzalanıb. Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılacaq.
Bildirilib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır.
Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq vətəndaşımız öz vətənlərində qaçqın və məcburi köçkünə çevrilib. Belə bir vaxtda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin çağırışı ilə beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsi yaşana biləcək humanitar fəlakətin qarşısını aldı.
Bu istiqamətdə, qaçqın və məcburi köçkünlərədəstək məqsədilə Koreya hökuməti tərəfindən bir sıra layihələr həyata keçirilib. Bu layihələr arasında, KOICA ilə birgə həyata keçirilən “Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”, “Beyləqan rayonundakı Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, məcburi köçkün icmaları ilə keçirilən görüşlər və tədbirlər də onlar üçün çox böyük mənəvi dəstəkdir.
Bildirilib ki, Koreya höküməti tərəfindən Azərbaycanda məcburi köçkünlərə yardım məqsədi ilə həyata keçirilən layihələr bundan sonra da davam edəcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar